» » » Hadı Rəcəblidən növbəti açıqlama: "Azərbaycanda siqaret çəkən qadınların sayı artıb"

Hadı Rəcəblidən növbəti açıqlama: "Azərbaycanda siqaret çəkən qadınların sayı artıb"

Hadı Rəcəblidən növbəti açıqlama: "Azərbaycanda siqaret çəkən qadınların sayı artıb"

"Son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb".

AzNews.az modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli parlamentin bu gün keçirilən iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

Deputatın sözlərinə görə, aparılan sorğular nəticəsində müəyyən olunub ki, kişilərin 67.5 faizi, qadınların isə 52.3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkirlər.

"Bu narahatçılıq əsasən ictimai yerlərdə baş verir".

Xatırladaq ki, yeni hazırlanan "Tütün istehlakının məhdudlaşdırılması haqqında" qanun layihəsində ictimai yerlərdə, qapalı məkanlarda siqaretin çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.

Interesting facts scroll top