» » » Sökülən məscidlə bağlı qızğın müzakirə: Onlar dindar deyil, casusdurlar

Sökülən məscidlə bağlı qızğın müzakirə: Onlar dindar deyil, casusdurlar

Sökülən məscidlə bağlı qızğın müzakirə: Onlar dindar deyil, casusdurlar

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar "Hacı Cavad" məscidinin sökülməsi ilə bağlı məsələyə münasibət bildiriblər.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, Azərbaycanda islamın ən gözəl modeli tətbiq olunur. Ölkəmizdə 2500-dən artıq məscid fəaliyyət göstərir.

YAP rəsmisi bildirib ki, bu il Azərbaycanda "İslam Həmrəyliyi" ilidir və dünyanın 57 islam ölkəsindən nümayəndə və dövlət baçşçıları ölkəmizə gələcək.

S.Novruzov qeyd edib ki, məscidin funksiyası ondan ibarət deyil ki, kimsə orada yığışıb, hansısa qərarlar qəbul etsinlər: "Bu ərəfədə ara qatmaq istəyən qüvvələr var. Ayıq-sayıq yanaşmaq lazımdır. Jurnalistlər də diqqətli olmalıdırlar. Cəmiyyətə düzgün məlumat verilməlidir. "Hacı Cavad" məscidindən bir qədər aşağıda "Təzə Pir" məscidi var. İbadət etmək istəyirsənsə, ora gedə bilərsən".

Deputat Fazil Mustafa bildirib ki, məscidin sökülməsi ilə bağlı etiraz edənlər süni ajiotaj yaratmaq istəyənlərdir: "Azərbaycanda bir çox yerlərdə məscidlər tikilir, yenidən təmir olunur və dini ocaqlara ciddi hörmət qoyulur. Məscidin sökülməsi ilə bağlı etirazlar başlayanda araşdırıldı və məlum oldu ki, oranın qeydiyyatı yoxdur. Həmin məscidə yığışanlar məqsədli şəkildə ajiotaj yaratmaq istəyənlərdir".

Deputat Qüdrət Həsənquliyev isə təklif edib ki, həmin məscidin sökülməsi zamanı polisə müqavimət göstərən şəxslərlə bağlı Dövlət Təhlükəsizlik Xidməti araşdırma aparsın.

"Araşdırılsa, məlum olacaq ki, onlar hansısa kənar ölkənin xüsusi kəşfiyyat orqanına bağlıdırlar. Biz imkan vermərik ki, məscidlərimiz casus yuvasına çevrilsin. Bu məsələ araşdırılmalıdır".

mənbə: azvision

scroll top