» » » Azərbaycanda 19 yaşlı oğlan özünü güllələdi!

Azərbaycanda 19 yaşlı oğlan özünü güllələdi!

Azərbaycanda 19 yaşlı oğlan özünü güllələdi!

Laçın rayon sakini İsmayıllı rayonunda odlu silahla özünə ağır xəsarət yetirib.

Ucarliyiq.biz apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qubaxəlilli kəndində qeydə alınıb. Kənd ərazisində məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Vəliyev Cəsarət Bəxtiyar oğlu ov tüfəngi ilə ehtiyatsız davrandığı üçün qəflətən silahdan açılan atəş nəticəsində özünə ağır xəsarət yetirib. Sağ diz və baldır nahiyəsindən ağır xəsarətlər alan Cəsarət Vəliyev təcili olaraq Ağsu Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım göstərildikdən sonra xəsarət alan şəxs müalicə üçün Bakıya göndərilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

scroll top