» » » Bakıda daha bir bədbəxt QƏZA!Avtomobil körpüdən...

Bakıda daha bir bədbəxt QƏZA!Avtomobil körpüdən...

Bakıda daha bir bədbəxt QƏZA!Avtomobil körpüdən...

Bakının Qaradağ rayonunda minik avtomobili körpüdən yerə aşıb.

1995-ci il təvəllüdlü Vəliyev Şəhriyar Kərrar oğlu Lökbatan qəsəbəsində, "Meyvəli Bazar" yaxınlığındakı körpüdə idarəetməni itirərək "Mercedes" markalı avtomobilini yerə aşırıb.

Nəticədə Ş.Vəliyev avtomobilin salonuna sıxışıb qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü avtomobilin salonundan çıxarılaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Faktla bağlı Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

Mənbə: "Report"

scroll top