» » » Son dəqiqə!Türkiyədə sevgilisi ilə dalaşan qız 6 nəfəri güllələdi - Aralarında azərbaycanlı da var

Son dəqiqə!Türkiyədə sevgilisi ilə dalaşan qız 6 nəfəri güllələdi - Aralarında azərbaycanlı da var

Son dəqiqə!Türkiyədə sevgilisi ilə dalaşan qız 6 nəfəri güllələdi - Aralarında azərbaycanlı da var

Türkiyədə sevgilisi ilə dalaşdıqdan sonra əsəb gərginliyi keçirən gənc qarşısına çıxanları güllələyib.

Hadisə nəticəsində altı nəfər yaralanıb. Onların arasında azərbaycanlı da var.

Hadisə İstanbulun Bahçelievlər Siyavuşpaşa Məhəlləsində baş verib. Cenk İ. adlı şəxs 21 yaşlı Eray Aygün adlı gəncə zəng edərək görüşmək istədiyini deyib. Aygün isə "bu gün hər kəsi güllələyəcəyəm" deyərək telefonu söndürüb. Bundan az sonra o adıçəkilən məhəllədən keçənlərə atəş açmağa başlayıb.

"Mən də ona heç kimi yox, gəlib məni gülləməsini dedim. Silah səslərini eşidib çölə çıxdım. Erayın hər kəsə atəş açdığını görüb yanına getdim. O da silahı başıma dirədi. Ancaq güllə açılmadı. Mən də dərhal onun əlindən silahı alıb atdım. Özü isə qaçdı", deyə Cenk İ. bildirib.

Hadisə nəticəsində yaralanan 6 nəfər xəstəxanaya çatdırılıb. Onlardan dördünün, o cümlədən adı açıqlanmayan Azərbaycan vətəndaşının vəziyyəti ağırdır.

Polisin məlumatına görə, gənc dostu ilə mübahisədən sonra həyətə düşüb. Burada o "niyə yol vermirsən?" bəhanəsi ilə iki nəfəri yaralayıb. Digərlərinə isə "niyə baxırsınız?" deyə bağıraraq atəş açıb.

Digər bir iddiaya görə, Erayın bacısı bir müddət öncə qoşularaq qaçıb. Bundan sonra onun əsəbləri pozulub.

Adıçəkilən şəxs bir müddət öncə oğurluq üstündə həbsdə olub.

mənbə: istipress

Interesting facts scroll top