» » » Nazirlikdən XƏBƏRDARLIQ!Sabahdan havalar...

Nazirlikdən XƏBƏRDARLIQ!Sabahdan havalar...

Nazirlikdən XƏBƏRDARLIQ!Sabahdan havalar...

Aprelin 16-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 8-11° isti, gündüz 15-19° isti, Bakıda gecə 9-11° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu,nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

scroll top