» » » İrəvanın acgöz meri büdcəni talayır

İrəvanın acgöz meri büdcəni talayır

İrəvanın acgöz meri büdcəni talayır

İrəvan meri şəhər büdcəsindən böyük vəsaitlər xərcləyir. Bu məbləğlər şəhər meriyasına keçiriləcək seçkilər və Taron Markaryanın təlabatları üçün sərf olunur.

"Joğovurd" nəşrinin yaydığı məlumata görə, İrəvan meriyasının fəaliyyəti üçün bu il büdcədən 6 milyard 400 milyon 335 min 500 dram ayrılması nəzərdə tutulur ki, bunun da 758 milyon 538 min 400 dramından çoxu seçkilərin saxtalaşdırılması üçün "mükafat" olaraq paylanacaq.

Aprelin 2-də keçirilən parlament seçkilərində şəhər meri Taron Markaryan Respublika partiyasının proporsional siyahısında ikinci sırada seçkilərin saxtalaşdırılmasında apardığı xüsusi canfəşanlıqdan sonra İrəvan şəhər meri seçkiləridə də yenidən Sarkisyan təşkilatının siyahısına rəhbərlik edir.

Nəticədə anlamaq çətin deyil ki, Respublikaçılar yeni seçkilərdə səs çoxluğu əldə etmək üçün pullar paylayacaq. Bundan başqa, bu ilin satınalma planının aşkara çıxardığı məlumatlara görə, İrəvanın acgöz şəhər meri büdcədən 6500 dramlıq 24 kiloqram şokolad alıb, qəhvə üçün 112 min 500 dram xərcləyib./azvison

Interesting facts scroll top