» » » Tükürpədici hadisə!16 yaşlı hamilə qızı zorlayıb öldürdü

Tükürpədici hadisə!16 yaşlı hamilə qızı zorlayıb öldürdü

Tükürpədici hadisə!16 yaşlı hamilə qızı zorlayıb öldürdü

Argentinada dəhşətli hadisə baş verib.

16 yaşlı hamilə qadın zorlandıqdan sonra boğularaq öldürülüb. Onun cansız bədəni tapılıb.

16 yaşlı Ornella Dotorinin cəsədi Tukumanın 62 mil uzaqlığındakı Naranjo Esquinadan iki uşaq tərəfindən tapılıb.

Ornella cinayəti Argentinanın bu ayı üçün 5-ci qadın cinayətidir. Onun ölümü ölkədə etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

Ornella ölərkən 6 həftəlik hamilə olub. O, bir neçə gün öncə yoxa çıxsa da, qohumları bu barədə polisə məlumat verməyiblər.

Onun cəsədinin üzərində aparılan araşdırmalardan məlum olub ki, qadın təcavüzə məruz qaldıqdan sonra boğularaq öldürülüb.

Polislərin dediyinə görə, çılpaq halda tapılan qızın başında, boğazında və genital bölgəsində göyərmələr olub.

Qadının ölümündən aylar öncə Feysbuk-da narahatlığı ilə bağlı status yazdığı məlum olub. O, statusunda qorxu içərisində olduğunu qeyd etsə də, kimsə buna əhəmiyyət verməyib.

Polis cinayətə görə şübhəli kimi Damian del Valle Fernandezi saxlayıb. Lakin o, Ornellanı öldürmədiyini iddia edir.

Hadisə ilə bağlı araşdırmalar davam edir./milli.az

scroll top