» » » Fransada təhlükəsizlik gücləndirildi - 50 mindən çox polis...

Fransada təhlükəsizlik gücləndirildi - 50 mindən çox polis...

Fransada təhlükəsizlik gücləndirildi - 50 mindən çox polis...

Fransanın daxili işlər naziri Mattias Fekl ölkədə prezident seçkilərinin aprelin 23-də keçiriləcək birinci və mayın 7-də keçiriləcək ikinci tutunda müxtəlif olayların baş verə biləcəyini istisna etməyib.

Ucarliyiq.biz apa-ya istinadən xəbər verir ki, M. Fekl bunu "Le Journal Du Dimanche" qəzetinə müsahibəsində bildirib.

Fransanın daxili işlər naziri nəzərə çatdırıb ki, Avropada terror təhlükəsi güclü və daimi olaraq qalmaqdadır, London. Stokholm və digər şəhərlərdə baş verən çoxsaylı terror aktları da bunu göstərir. M. Fekl təkcə mart ayında Fransada 19 terrorçunun saxlanıldığını da xatırladıb: "Fransa Daxili İşlər Nazirliyinin hazırda əsas vəzifəsi vətəndaşların azad və sakit şəraitdə öz fikirlərini səsvermə yolu ilə ifadə etməsinə şərait yaradılmasını təmin etməkdir. 67 min seçki məntəqəsində təhlükəsizliyi təmin etmək üçün 50 mindən çox polis və jandarma ayrılıb. Eyni zamanda hərbçilər ölkə ərazisində patrul xidməti həyata keçirməkdədir".

M. Fekl "Milli Cəbhə"nin lideri Marin Le Pennin birinci tura çıxacağı halda ölkədə aksiyaların və olayların yaşanacağı ehtimalı ilə bağlı suala cavabında deyib ki, Fransa Respublikası ictimai asayişin pozulmasına dözməyəcək.

scroll top