» » » "Ermənilər döyüş zamanı bizimkiləri görəndə qorxub qaçırlar" -Xüsusi təyinatlı hərbçimiz:

"Ermənilər döyüş zamanı bizimkiləri görəndə qorxub qaçırlar" -Xüsusi təyinatlı hərbçimiz:

"Ermənilər döyüş zamanı bizimkiləri görəndə qorxub qaçırlar" -Xüsusi təyinatlı hərbçimiz:

"Apardığımız müşahidələr, təhlillər göstərirdi ki, düşmən tərəfdə bizə qarşı duran təkcə ermənilər deyil. Görürdük ki, bəzi əməliyyatlar var ki, burada başqalarının, əcnəbi hərbçilərin də əli var. Məsələn, ermənilər elə atış göstərirdilər və ya elə təxribatlar törədirdilər ki, bilinirdi ki, bu təkcə ermənilərlik deyil. Onlar ermənilərin bacarmadığı şeylər idi. O dəqiqə hiss edilirdi ki, bu, təkcə erməni işi deyil, onları kimsə öyrədib, kiminsə tapşırığını yerinə yetirirlər, başqalarından təlim görüblər".

Ucarliyiq.biz bildirir ki, bu barədə milli.Az-a açıqlamasında Azərbaycan Silahlı Qüvvələrinin veteranı, Qarabağ qazisi, xüsusi təyinatlı hərbçi, ehtiyatda olan gizir Natiq Mehdiyev deyib.

Veteran hərbçimiz erməni təxribatlarının fərqli xüsusiyyətlərini belə açıqlayıb: "Biz əməliyyatı yalnız hərbçilərə, silahlı bölmələrə qarşı keçiririk. Ermənilər bizdən fərqli olaraq bizim hərbçilərlə döyüşməkdən qaçırlar. Onlar qorxurlar. Elə ona görə dinc əhalini, qocaları, qadınları, uşaqları hədəf alırlar. Ümumiyyətlə, bizim düşməndən əsas fərqimiz onların erməni olmasındadır. Biz cəsurluğumuzda, döyüşkənliyimizdə, vətənpərliyimizdə onlardan çox fərqliyik. Hazırlığımız, silah-sursat, texniki təminatımız da öz yerində, ən yüksək səviyyədədir".

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri döyüşdə necə yaralanmasını isə belə xatırlayır: "2015-ci ildə aprelin 22-nə keçən gecə cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində düşmənin təxribatının qarşısını aldıq. Həmin vaxt ermənilərin atdığı qumbaranın partlaması nəticəsində hər iki ayağımdan və bədənimdən ağır yaralandım. Uzun müddət müalicə aldım. İndi şükür Allaha ki səhhətim normaldır. Ehtiyatdayam. Hərbi xidmətdə olmasam da, hər zaman döyüşə hazır vəziyyətdəyəm. Əgər döyüş başlasa və əmr verilsə, hər an irəli getməyə hazıram!"

Interesting facts scroll top