» » » Bu gün axşam saat 22:00-dan etibarən Bakıda bu baş verəcək!

Bu gün axşam saat 22:00-dan etibarən Bakıda bu baş verəcək!

Bu gün axşam saat 22:00-dan etibarən Bakıda bu baş verəcək!

Bu gün axşam saat 22:00-dan etibarən Bakıda Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küçəsi, "Ramstore" yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC -dən daxil olan məlumata görə, qeyd edilən yollarda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidləri, yolcizgi və yolgöstərici xətləri yenidən rənglənəcək.

"Aparılacaq işlər çərçivəsində sözügedən ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq. Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol" ASC sürücülərə sözügedən ərazilərdə diqqətli olmağı və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir", - deyə məlumatda qeyd edilib.

scroll top