» » » Tərtərdə xəstəni qovub ölümünə səbəb olduğu deyilən MÜDİRLƏ bağlı RƏSMİ AÇIQLAMA - "Həmin xəstə..."

Tərtərdə xəstəni qovub ölümünə səbəb olduğu deyilən MÜDİRLƏ bağlı RƏSMİ AÇIQLAMA - "Həmin xəstə..."

Tərtərdə xəstəni qovub ölümünə səbəb olduğu deyilən MÜDİRLƏ bağlı RƏSMİ AÇIQLAMA - "Həmin xəstə..."

"Tərtər rayon Mərkəzi Xəstəxanasının baş həkimi ilə əlaqə saxladıq və məlum oldu ki, Sadiq adlı şəxs xəstəxanaya müraciət etməyib".

Bu sözləri Ucarliyiq.biz-açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova Sadiq adlı şəxsi müayinə etməkdən imtina etməsi nəticəsində ürək tutmasından dünyasını dəyişməsinə münasibət bildirərəkən deyib.

Onun sözlərinə, ürək tutmasından dünyasını dəyişən şəxsin yaxınlarının verdiyi məlumata görə, xəstə həmin gün xəstəxanaya müraciət etməyib. Məsələ ilə bağlı araşdırma aparılır. Xəstə dünən vəfat edib. Xəstəxananın təcili yardımı onun evinə gedib, yaxınlarından da maraqlanıblar. Məlum olub ki xəstə həmin gün və bir neçə gün öncə xəstəxanaya müraciət etməyib.

Qeyd edək ki, dünən Tərtər Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova Sadiq adlı şəxsin müraciəti rədd etməsi ilə bağlı mətbuatda məlumat yayılıb. Yayılan xəbərlərə görə, həkim xəstəni müayinə etməkdən imtina edib və xəstə evə gedən kimi dünyasını dəyişib. Bildirib ki, o, şöbə müdiridir və xəstə müayinə edə bilməz. Bundan sonra evə gedən xəstə ürək tutmasından keçinib.(ölkə.az)

Aysel Kərimova

Interesting facts scroll top