» » » SON DƏQİQƏ!İctimai Televiziyanın yeni sədri bilindi - FOTO

SON DƏQİQƏ!İctimai Televiziyanın yeni sədri bilindi - FOTO

SON DƏQİQƏ!İctimai Televiziyanın yeni sədri bilindi - FOTO

Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

"Report"un xəbərinə görə, iclasda təşkilati məsələyə baxılıb. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yekdil qərarına əsasən Muxtar Kazım oğlu İmanov İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri seçilib. Qeyd edək ki, 62 yaşlı M.İmanov Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvüdür.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri vəzifəsini 12 ildir Cahangir Məmmədli həyata keçirirdi.

scroll top