» » » Azərbaycandakı "400 min dollarlıq" toyun sahibi danışdı

Azərbaycandakı "400 min dollarlıq" toyun sahibi danışdı

Azərbaycandakı "400 min dollarlıq" toyun sahibi danışdı

Bu gün ölkə mətbuatında Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin bir neçə ay əvvəl baş tutan toy mərasimi ilə bağlı xəbərlər yayılıb. Həmin məlumatlar arasında ailənin toya 400 min dollar xərcləndiyi də bildirilirdi.

Unikal.org xəbər verir ki, yayılan məlumatlarla bağlı açıqlama verən Ayselin anası Aynurə Şükürova bildirdi ki, əslində mətbuatda yer alan xəbərlər şişirdilib.

"Mən başa düşə bilmirəm ki, bir neçə ay əvvəl baş verən toyun indi mətbuata çıxarılma məqsədi nədir. Yazırlar ki, toya guya 400 min dollar xərcləmişik. Bunlar hamısı yalan məlumatlardır. Bu barədə yayılan xəbərləri təkzib edirik. Düzdür, toy baş tutub. Lakin həmin toya 400 min dollar yox, daha az pul xərclənib".

Qeyd edək ki, toy mərasimi yanvarın 21-də "Böyük Saray"da baş tutub Qüdrət Şükürovun qızı Oktay adlı şəxslə nikah masasına oturub.

Cütlük bal ayını Maldiv adalarında keçirib.

Onu da bildirək ki, Ayselin bakının mərkəzində "Woman secret" adlı gözəllik salonu var.

Bu, Ayselin ikinci evliliyidir, onun ilk həyat yoldaşı Elşən Əsgərli ad-soyadlı şəxs olub və cütlüyün birgə nikahdan Uğur adlı 1 oğlu var.

Interesting facts scroll top