» » » Bu ölkədə Qarabağın adına park salındı

Bu ölkədə Qarabağın adına park salındı

Bu ölkədə Qarabağın adına park salındı

Türkiyədə Qarabağ parkı salınıb.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 gün ərzində Pursaklar Bələdiyyəsi tərəfindən salınan park Azərbaycan və Türkiyə arasında dostluq əlaqələrini möhkəmləndirmək məqsədi daşıyır.

Artıq park ərazisində 700 ədəd ağac əkilib. Ağac əkilməsinə Pursaklar Bələdiyyə başçısı Selçuk Çətinlə bərabər AKP-dən olan millət vəkilləri Emrullah İşlər və Julidə Sarıeroğlu da qatılıb. Memar Sinan Məhəlləsində yerləşən parkın içində ümumi uzunluğu 1500 metr olan velosiped yolu, idman alətləri və kamelyalar quraşdırılıb.

Qarabağ Parkında əkilən ağacların 600-ü ladin ağacı, 100-ü isə çinardır. Mərasimdə açılış nitqi edən bələdiyyə sədri S.Çətin parkın iki dövlət, bir millət olan Türkiyə və Azərbaycan arasındakı bağı gücləndirmək üçün, "Qarabağ" adlandırıldığını deyib.

Interesting facts scroll top