» » » Metroda yenə bomba HƏYƏCANI

Metroda yenə bomba HƏYƏCANI

Metroda yenə bomba HƏYƏCANI

Bu gün gündüz saatlarında Sankt-Peterburqda "Ploşad Mujestva" metro stansiyası sərnişinlərin giriş və çıxışı üçün bağlanıb.

Ucarliyiq.biz Trend-ə istinadən bildirir ki, metropolitenin mətbuat xidmətindən verilən məlumata görə, səbəb yenə də metroda tapılan sahibsiz əşyadır.

Metropolitenin mətbuat xidmətindən verilən məlumatda deyilir ki, metro stansiyası saat 16.29-dan giriş və çıxış üçün bağlanıb. Platformada sahibsiz əşya tapılıb.

Hazırda araşdırma aparılır. Qatarlar platformadan dayanmadan keçir.

Interesting facts scroll top