» » » ŞOK!Sosial şəbəkədə 30 min səhifə silindi

ŞOK!Sosial şəbəkədə 30 min səhifə silindi

ŞOK!Sosial şəbəkədə 30 min səhifə silindi

Facebook sosial şəbəkəsi Fransadakı prezident seçkiləri öncəsi yalan ("feyk") məlumatlar yayan 30 minə yaxın səhifəni bağlayıb.

Ucarliyiq.biz lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkə "feyk"ləri ayırmaq üçün avtomatlaşdırılmış mexanizmlər tətbiq edir. "Son təkmilləşdirmələr bütün saxta səhifələrin silinməsinə gətirib çıxarmasa da, biz nəticələrin daimi olaraq yüksəlməsinə çalışırıq", - deyə "Facebook"un texniki meneceri Şabnem Şayk bildirib.

Şirkət etibarsız saytların müəyyənləşdirilməsi üçün təlimatlar əks olunmuş reklam elanları da hazırlayır.

Xatırladaq ki, aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçiriləcək.

scroll top