» » » Hafiz Hacıyevdən Araz Əlizadəyə cavab: "Günah onda yox, onu deputat seçənlərdədir"

Hafiz Hacıyevdən Araz Əlizadəyə cavab: "Günah onda yox, onu deputat seçənlərdədir"

Hafiz Hacıyevdən Araz Əlizadəyə cavab: "Günah onda yox, onu deputat seçənlərdədir"

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə sosial şəbəkə istifadəçilərini təhqir edib.

Araz Əlizadə müsahibəsində deyib ki, "facebook"da hər yoldan keçən ağzına gələni yazır. Feysbukda olanların hamısı avara, işsiz-gücsüz adamlardır".

Araz Əlizadənin bu fikrinə Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev ölkə.az-a münasibət bildirib:

"Mən özüm də "facebook"dan aktiv istifadə edirəm. Araz Əlizadə avara bir adamdır. Günah onda yox, onu deputat seçənlərdədir. Araz Əlizadə "Feysbuk"da olanların hamısı avaradır" deməklə Azərbaycan xalqını təhqir edir, ancaq Azərbaycanın ziyalıları da, gəncliyi də sosial şəbəkələrdən istifadə edir. Burada qəbahət bir şey yoxdur.

Araz Əlizadə bekarçılıqdan, özünü güdəmə gətirməkdən ötəri ortaya bir şey atıb gündəmdə qalmaq istəyir".

Hafiz Hacıyev sonda bildirdi ki, Araz Əlizadənin partiyası Müasir Müsavat partiyası ilə qonşuluqda yerləşir: "Lazım gəlsə, keçib onu başa salacam. Bununla bağlı bir şey fikirləşirəm".

scroll top