» » » DƏHŞƏT!7 polisin içində olduğu vertolyot qəzaya uğradı

DƏHŞƏT!7 polisin içində olduğu vertolyot qəzaya uğradı

DƏHŞƏT!7 polisin içində olduğu vertolyot qəzaya uğradı

Tunceli valiliyi bu gün baş vermiş helikopter qəzası ilə bağlı açıqlama yayıb.

Lent.az "Hürriyət"ə istinadən xəbər verir ki, məlumatda qəzaya səbəb kimi hava şəraitinin çiskinli və yağışlı olması göstərilib. Qeyd edilib ki, helikopter vilayətin Pülümür rayonundan qalxıb və 10 dəqiqə sonra radarlardan itib. Helikopterdə 7 polis əməkdaşı, 1 hakim, 1 hərbçi və 3 ekipaj üzvü olub. Onların taleyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

***
15:05
***

Türkiyədə vertalyot qəzası baş verib. Lent.az-ın "Hürriyət"ə istnadən xəbər verir ki, hadisə Tunceli vilayətində baş verib. İçində 7 polis. 2 hakim və 3 ekipaj üzvü olan helikopter radarlardan itib. Daha sonra onun qəzaya uğradığı məlum olub.

Əraziyə xeyli təhlükəsizlik əməkdaşı və ambulanslar cəlb edilib.

Ölən və yaralanalar barədə hələlik məlumat yoxdur.

scroll top