» » » Ərdoğan əleyhinə inqilab QOXUSU!"İnqilablar atası" bu ölkəyə gəldi

Ərdoğan əleyhinə inqilab QOXUSU!"İnqilablar atası" bu ölkəyə gəldi

Ərdoğan əleyhinə inqilab QOXUSU!"İnqilablar atası" bu ölkəyə gəldi

"İnqilablar atası" hesab olunan Corc Soros Türkiyədədir. Onun referendumdan sonra Türkiyəyə gəlməsi qardaş ölkədə inqilab hazırlığının olması ehtimalını gücləndirir.

Ucarliyiq.biz xəbər verir ki, Ankara bələdiyyəsinin sədri Melih Gökçek Sorosun Türkiyəyə gəlməsinin təsadüf olmadığı haqda açıqlama verib.

Onun sözlərinə görə, yeni Gəzi olaylarının təşkil edilə biləcəyi ehtimalı mövcuddur.

Qeyd edək ki, referendumda məğlub olan "xeyir" cəbhəsinin son günlər küçələrə çıxmaqla bağlı çağırışlar etməsi də diqqət çəkir.

Onu da bildirək ki, 86 yaşlı Corc Soros Macarıstan doğumlu yəhudidir və ABŞ-da yaşayır. Soros bir sıra qurumlaın və ölkələrin daxili işlərinə müdaxilə etməkdə günahlandırılır. Bunun ən bariz nümunəsi isə Gürcüstanda Eduard Şevardnadzenin devrilməsi ilə bağlı proseslərdir. Məhz onun gürcü müxalifətinə ayırdığı pulların sayəsində Gürcüstanda narıncı inqilab baş vermiş və prezident E.Şevardnadze hakimiyyətdən uzaqlaşdırılmışdı. Əvvəllər C.Soros bunu inkar etsə də, daha sonra başqa bir ölkənin daxili işlərinə müdaxilə etdiyini etiraf etmişdi. Ehtimallara görə, o, bu məqsədlə gürcü müxalifətinə 2,5-3 milyon dollar məbləğində köməklik göstərmişdi.

C.Sorosun "siyasi fəaliyyəti" hətta bir sıra çoxseriyalı bədii televiziya filmlərinə də sıçrayıb. Belə ki, Türkiyənin "Qurdlar Vadisi" teleserialında C.Sorosun Asiya ölkələrində reallaşdırmağa çalışdığı planlardan da bəhs edilib.

scroll top