» » » Son Dəqiqə!Yanğın və partlayışda ölənlərin sayı artıb- FHN indi açıqladı

Son Dəqiqə!Yanğın və partlayışda ölənlərin sayı artıb- FHN indi açıqladı

Son Dəqiqə!Yanğın və partlayışda ölənlərin sayı artıb- FHN indi açıqladı

Fövqəladə Hallar Nazirliyi 2017- ci ilin I rübündə baş vermiş yanğın hadisələrinə dair statistik məlumat dərc edib.

2017-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2204 çıxış edilib. Yanğın hadisələri zamanı 24 nəfər həlak olub, 64 nəfər xəsarət alıb ki, bu da ötən ilin I rübü ilə müqayisədə yanğından həlak olanlar üzrə 7 nəfər və ya 41%, xəsarət alanlar üzrə 35 nəfər və ya 121% çoxdur. Yanğınların söndürülməsi zamanı 20 nəfər xilas edilib, 353 nəfər təhlükəsiz ərazilərə təxliyyə olunub.

Bundan əlavə, 2017-ci ilin I rübü ərzində respublika ərazisində 31 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin I rübü ilə müqayisədə 10 hadisə və ya 48% çoxdur. Partlayışlar zamanı 7 nəfər həlak olub, 42 nəfər xəsarət alıb.

Interesting facts scroll top