» » » Azərbaycanda RÜSVAYÇILIQ!ATA ÖZ OĞLUNDAN ŞİKAYƏT ETDİ - "Səkkiz aydır 3 uşağının..."

Azərbaycanda RÜSVAYÇILIQ!ATA ÖZ OĞLUNDAN ŞİKAYƏT ETDİ - "Səkkiz aydır 3 uşağının..."

Azərbaycanda RÜSVAYÇILIQ!ATA ÖZ OĞLUNDAN ŞİKAYƏT ETDİ - "Səkkiz aydır 3 uşağının..."

Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu, Qabıllı kənd sakini Sabir Heydərov "Ölkə.Az"-a müraciət edərək oğlunun səkkiz aydır evdən çıxdığını və qaynatasıyla yaşadığını bildirib.

S.Heydərovun sözlərinə görə, oğlu Fəqan Heydərov 1980-ci ildə anadan olub, ilk nikahından 16, 17 və 8 yaşlarında 3 övladı var. Səkkiz ay öncə isə yeni həyat yoldaşının atası gecəylə heç kimə xəbər etmədən onu və ailəsini Saray qəsəbəsindəki evinə gətirib:

"Fəqan hazırda Saray qəsəbəsində qayınatasının evində yaşayır. İlk evliliyindən üç övladı var və səkkiz aydır onlara aliment ödəmir. Aliment yığılıb 1800 manata çatıb. Mən də təqaüdçü adamam. Heç olmasa gəlib övladlarının alimentini versin, onları saxlamağa gücüm çatmır".

Qeyd edək ki, Fəqan Heydərovun ikinci dəfə nikaha girdiyi Nuriyeva Cəmalə Ramiz qızından bir oğlu var.

scroll top