» » » Bakı metrosunda FACİƏ: 35 yaşlı kişi... - FOTO

Bakı metrosunda FACİƏ: 35 yaşlı kişi... - FOTO

Bakı metrosunda FACİƏ: 35 yaşlı kişi... - FOTO

Bakı metrosunun "Nizami" stansiyasında qatar relslərinin üzərinə yıxılaraq xəsarət alan kişi hazırda komadadır.
Bu barədə yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.
Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: "Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır".
***
Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.
Hazırda hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Zərərçəkmişin şəxsiyyəti hələ ki, məlum deyil. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Mənbə: report.az

scroll top