» » » Metropolitendən sərnişinlərə CİDDİ XƏBƏRDARLIQ

Metropolitendən sərnişinlərə CİDDİ XƏBƏRDARLIQ

Metropolitendən sərnişinlərə CİDDİ XƏBƏRDARLIQ

"Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişinin qatar relslərinin üzərinə yıxılması ehtiyatsızlıq nəticəsində baş verib".
Bu sözləri Ucarliyiq.biz-a açıqlamasında Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hadisənin intihar olmadığı məlum olub. Həmin şəxs sadecə ehtiyatsızlıq edib, qadağan olunmuş xətti keçib. Nəticədə isə relslərin üzərinə yıxılıb.

Metropoliten rəsmisi bu hadisələrin təkrar baş verməməsi üçün vətəndaşları diqqətli olmağa çağırıb:

"Metroda bədbəxt hadisələrin baş verməməsi üçün sərnişinləri stansiyalarda ehtiyatlı olmağa, təhlükəsizlik qaydalarına riayət etməyə, xüsusən də platformada qatar gözləyərkən təhlükəsizlik xəttini keçməməyə çağırırıq. Təhlükəsizlik qaydalarına əməl etməyən sərnişinlər həm öz həyatlarını təhlükəyə atırlar".

Qeyd edək ki, dünən Bakı metrosunun "Nizami" stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.

Yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib. Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb: "Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır".

Aysel Kərimova

scroll top