» » » Şamaxı TƏHLÜKƏDƏ!Sakinlər evləri tərk edir

Şamaxı TƏHLÜKƏDƏ!Sakinlər evləri tərk edir

Şamaxı TƏHLÜKƏDƏ!Sakinlər evləri tərk edir

Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.

Ucarliyiq.biz istipress-ə istinadən xəbər verir ki, sürüşmə şəhərin Aşıq Məmmədağa küçəsində 2 hektar sahə sürüşməyə məruz qalıb, 7 ev təhlükə altındadır. Son bir həftədə hektarlarla torpaq sahəsi sürüşməyə məruz qalıb. Sözü gedən ərazidə iki evin daş hasarı uçub, həyətyanı sahələrdəki yarğanlar gündən-günə genişlənir.

Ev sahibləri gecəni öz evlərində keçirməyə qorxurlar. Evlərin bünövrəsi baş verən sürüşməyə tab gətirməyərək uçur.

Evlərdəki çatlar isə artmaqdadır. Artıq iki evin sakinləri təhlükə səbəbindən evini tərk edib.

Hadisə ilə bağlı Şamaxı rayon fövqaladə hallar komissiyası əraziyə baxış keçirib, müəyyən ölçülər götürülüb.

Interesting facts scroll top