» » » Son dəqiqə!Azərbaycanın məşhur müğənnisindən ağır xəbər - Qəfil hücum nəticəsində...

Son dəqiqə!Azərbaycanın məşhur müğənnisindən ağır xəbər - Qəfil hücum nəticəsində...

Son dəqiqə!Azərbaycanın məşhur müğənnisindən ağır xəbər - Qəfil hücum nəticəsində...

"Maşınımın şüşələrini sındırıb içini yarıblar"

Müğənni Kərim Abasov oğruların hücumuna məruz qalıb.

Bu haqda sənətçi özü məlumat verib. O, bildirib ki, oğrular avtomobilinin şüşələrini sındırıb və maşında olan hər şeyi aparıblar:

"Bu gün mənim üçün bir az bəd xəbərlə açıldı. Maşınımın şüşələrini sındırıb içini yarıblar. Hər şeyi aparıblar. Amma heç olmasa, disklərimi və planşetimi aparmayaydılar. Onların içərisində mahnılarım, bir sözlə, 15 illik əməyim getdi. Onlardan qiymətli mənə heç nə ola bilməzdi.

Əslində ağılsızlıq məndədir ki, onları maşında saxlamışam. Həmin oğru kimdirsə, inşallah, axirətdə görüşərik".

O, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyəcəyini açıqlayıb:

"Polisə şikayət etmək fikrim yoxdur. Bilirəm ki, məni bu dəqiqə "İnstaqram"da izləyir. Get, rahat dolan. Mən səni Allaha həvalə etdim".

scroll top