» » » Polisə çağırıb evini uçurdular - FOTO

Polisə çağırıb evini uçurdular - FOTO

Polisə çağırıb evini uçurdular - FOTO
Polisə müraciət etdik və bizi MTK əməkdaşları ilə razılaşma üçün görüşə dəvət etdilər. 20 dəqiqə sonra geri qayıdanda artıq evimiz tamam uçurulmuşdu.
ucarliyiq.biz xəbər verir ki, bu sözləri Səbail rayonu, Xanlar küç. 59 ünvanında yaşayan vətəndaş Kagina Tatyana qafqazinfo-ya şikayəti zamanı deyib. O bildirib ki, evin sökülməsi ilə bağlı bir neçə dəfə Mahal MTK əməkdaşları ilə görüşsələr də, hər hansı bir razılıq əldə olunmayıb. Nəticədə onlar icazəsiz olaraq sakinin evini söküb:
"Sənədlərim, mülkiyyətimə dair hər şeyim var. Bu, sadəcə, özbaşınalıqdır. Biz kömək üçün polisə müraciət edirik, polis isə MTK ilə əlbir olub bizi evsiz qoyur. Evimiz söküldükdən sonra bizi görüşə dəvət edirlər ki, razılaşma əldə olsun".
Şikayətçinin vəkili Azər Rəhimov bildirib ki, məsələylə bağlı Daxili İşlər Nazirliyinə, Prokrorluğa müraciət ediləcək: "Fakt odur ki, vətəndaşın mülkiyyət hüququnu təsdiq edən sənədi, çıxarışları, digər bütün sənədləri qaydasındadır. Kompensasiya ilə bağlı danışıqlar getdiyi ərəfədə razılıq alınmadan əvvəlcə işıqlar söndürülmüşdü, sonra da ev icazəsiz uçurdulub. Hazırda ödəniləcək pulla bağlı heç nə deyilmir. Sadəcə olaraq, bir dəfə sökəndən sonra MTK nümayəndələri zəng vurub ki, gəlin müqavilə bağlayaq. Söküntü dövlət tərəfindən həyata keçirilsə də, yenə razılıq alınmalıdır. Prezidentin də xüsusi tapşırığı var ki, söküntü işləri vətəndaşların mənafeyi nəzərə alınmaqla aparılmalıdır. Ancaq burada hansısa yolla polisi də cəlb ediblər. Vətəndaş hüquqlarının müdafiəsi üçün polisə müraciət edir, ancaq polisin əli ilə evdən çıxarılır və mənzil sökülür. Ciddi məsələdir və bununla bağlı Daxili İşlər Nazirliyinə, prokrorluğa müraciət edəcəyik".



scroll top