» » » Ermənilər Qarabağda hotellər tikirlər - FOTO

Ermənilər Qarabağda hotellər tikirlər - FOTO

Ermənilər Qarabağda hotellər tikirlər - FOTO
Ermənilər xariciləri Qarabağa cəlb etmək üçün ərazidə çoxlu sayda hotel, motel və hostellər istifadəyə verib.
ucarliyiq.biz qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda məlumatı AMEA-nın İnsan Hüquqları İnstitunun əməkdaşı Faiq İsmayılov verib.
O bildirib ki, Ermənistan hökuməti Şuşa şəhərində Azərbaycan memarlıq nümunələri sayılan binaları təmir edərək hotel kimi istifadəyə  verirlər. Bu hotellərdən biri "Avan Shoushi Plaza" hoteldir. Üç ulduz lisenziyası ilə sənədləşdirilən bu hotel, keçmiş "Qarabağ" mehmanxanasının binasıdır. Hotel 2011-ci ildə istifadəyə verilib. Hoteldə 49 çarpayı, 6 birnəfərlik otaq, 18 ikinəfərlik otaq, 7 birnəfərlik lüks otaq  mövcuddur. Qiymətlər mövsümdən asılı olaraq 10 dollardan, 187 dollar arasında dəyişir: "Qiymətlərin yüksəkliyi burada müştərilərin heç də qıt olmadığını göstərir". 
"Shushi Grand Hotel" isə 2011-ci ildə Şuşa şəhərinin tarixi binalarının birində istifadəyə verilib. Hotel rus kilsəsi ilə üzbəüz ərazidə yerləşir. Burada 76 çarpayı, 14 birnəfərlik, 25 ikinəfərlik, 3 vip-birnəfərlik, 3 ailəvi-üçnəfərlik otaqları var.  
Shushi Hotel şəhərin mərkəzinə yaxın, rus kilsəsinin 50 metrliyində yerləşir.  21 çarpayı, 9 ikinəfərlik, 3 birnəfərlik otaqları var.
Armen and Christina's B&B:  Şuşada otellərdən başqa adi vətəndaşlarda azərbaycanlıların yaşadıqları evləri təmir edərək ucuz qiymətə turistlərə icarəyə verirlər. Fransa vətəndaşı Armen adlı bir şəxs Rumıniyadan olan Kristina adlı bir qızla evlənərək Şuşaya gələrək burada bir neçə boş evi təmir edərək hotel biznesi ilə məşğul olurlar. 
İrəvandan olan gənc ailə Mhitar və Armin də Şuşaya gələrək buradakı boş azərbaycanlı evlərini təmir edərək turistlərə icarəyə verərək gəlir əldə edirlər. 
Şuşi hotelində xidmətçi işləyən Bella adlı bir xanım da məskunlaşdığı evdə hər gün 4 - 5 turist qəbul edə bilir. 
Ermənistan Hökuməti  Kəlbəcər, Ağdərə, Xocavənd, Hadrut və Martuuni ərazilərində türizmin inkişafı üçün böyük məbləğdə investisiya qoyur, hər il yeni-yeni hotellər istifadəyə verirlər. Ermənilər Hadrud qəsəbəsinin mərkəzində "Nazank" coaching inn (Nazank hostel) otelini istifadəyə veriblər.







Interesting facts scroll top