» » » Qarabağdakı PKK terrorçuları ilə bağlı SENSASİON FAKTLAR - FOTO

Qarabağdakı PKK terrorçuları ilə bağlı SENSASİON FAKTLAR - FOTO

Qarabağdakı PKK terrorçuları ilə bağlı SENSASİON FAKTLAR - FOTO
"Ermənistan həmin terrorçuları pulla satın alır"
Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair sensasion iddia irəli sürüb. O, bildirib ki, Ermənistan işğal etdiyi Qarabağda 12 PKK düşərgəsi yaradıb və həmin düşərgələrdə 1750 PKK yaraqlısı yerləşdirib.
ucarliyiq.biz xəbər verir ki, Göksel Gülbey azvision.az-a müsahibəsində PKK-nın Qarabağda yerləşdirilməsinə dair əlində ciddi faktların olduğunu deyib:
- PJAK PKK-nın İranda fəaliyyət gösətərən qoludur. Bu təşkilat İranı tərk etdikdən sonra Qarabağda yerləşib. PJAK yoxa çıxmayıb. Onlar İranı tərk edərək Qarabağa keçiblər. Qarabağda Kürdüstanın ofisinin olması ilə bağlı əlimizdə sənədlər var. Qarabağda PKK terrorçuları üçün düşərgələr salınıb. Bizdə olan məlumata görə, hazırda Qarabağda 1750 PKK terrorçusu var. 
PJAK-la PKK eynidir. PYD, YPG, Türkiyədəki PKK Kandildən idarə olunur. İrandakı qruplaşmalar da Kandildən idarə olunur. PKK-nın terror qruplaşmaları müxtəlif ölkələrdə fəaliyyət göstərir. Onlar mərkəzdən gələn təlimatlarla hərəkət edirlər. 
- Məlumata görə, terrorçuların bir qismi aprel döyüşlərindən sonra Qarabağa yerləşdirilib. Bu barədə məlumatınız varmı?
[b][/b]
- Aprel döyüşləri ərəfəsində Suriyadan 400 PKK terrorçusu Türkiyənın Ağrı bölgəsindən Ermənistana keçib. Onların 150-si erməni əsillidir. Digərləri isə kürdlərdir.
Bundan əlavə İranda 3 milyon əfqan qaçqın var. Onların 950-si qanuni olaraq İranda yaşayır. Yerdə qalan 2 milyondan çox əfqan isə qeyri-qanuni yolla İrana keçib. İran onlardan istifadə edir. Onların Tehran və Şirazda xüsusi düşərgələri var. İran onları İŞİD-ə qarşı döyüşmək üçün Suriyaya göndərir. İndi bu taktikanı Ermənistan həyata keçirməyə çalışır. Ermənistan Qarabağ bölgəsində əfqanlardan faydalanmaq istəyir. Ermənistan əfqanları pul müqabilində xristianlaşdırıb, Qarabağa göndərir. 
Ermənistan həmin şəxslərə aylıq 1500-3000 dollar pul verir. Onlar əvvəlcə beş il müddətində əsgər kimi xidmət edirlər. Daha sonra onlara Ermənistan vətəndaşlığı verilir. Sonda isə həmin şəxslərə viza verilərək Avropaya göndərilir. Onların məqsədləri Avropa üçün viza almaqdır. 

scroll top