» » » Bacısını vəhşicəsinə döyən millimizin üzvləri - "Məni meşəyə qaçırdılar" - FOTO

Bacısını vəhşicəsinə döyən millimizin üzvləri - "Məni meşəyə qaçırdılar" - FOTO

Bacısını vəhşicəsinə döyən millimizin üzvləri - "Məni meşəyə qaçırdılar" - FOTO
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvləri Ülkü Özdemirlə Hadice Özdemirin bacısı Betül Özdemir ailə üzvləri tərəfindən döyülüb.
ucarliyiq.biz yenicag.az-a açıqlama verən Betül başına gələnləri danışıb:
"Hər üçümüz Almaniyada doğulmuşuq. Əslimiz isə Trabzondandır. Ailəmlə bağlı problemlərim vardı. Bacılarım məni yad hesab edirdilər. Artıq vəziyyət dözülməz həddə çatmışdı. Buna görə də evdən ayrılmaq məcburiyyətində qaldım. Son 6 aydır ki, bacılarım vasitəsi ilə tanıdığım, onlarla komanda yoldaşı olmuş Gizem Tenekicinin evində qalıram".
Betül Özdemir baş verən dəhşətli hadisəni belə xatırlayır:
"Məktəb üçün sənədlərimi evdən götürməli idim. Gizem və anası ilə ailəmin qaldığı evə getdik. Bizə xoş olmayan münasibət göstərdilər, təhqir etdilər. Bunun ardınca da üzərimizə hücum çəkdilər. Həmin an qohumlarım da orada idi. Gizemə və anasına ciddi xəsarət yetirdilər. Məni isə ölümcül şəkildə döydülər. Bu azmış kimi "kuzen"im tərəfindən meşəyə qaçırıldım. O, məni meşəyə qaçıranda artıq bu barədə polisə məlumat verilmişdi. Polislər gəlib, bizi onların əlindən xilas etdilər. İnanın ki, öz ailəm haqda bunları danışmaq mənim üçün çox ağırdır. Bacılarımın da məni döyənlər arasında olması çox üzücüdür. Amma təəssüf ki, bütün bunlar reallıqdır. Gizemin ailəsinə təşəkkürümü bildirirəm. Xoşagəlməz hadisəyə baxmayaraq, mənə sahib çıxmaqda davam edirlər".
Betül xanımın hadisə zamanı bədəninin müxtəlif nahiyələrindən çox ciddi şəkildə xəsarət alıb. Bu, sizə təqdim etdiyimiz özəl fotolarda da öz təsdiqini tapıb. Bundan başqa polisə edilən müraciətin və Betülün müalicə aldığı xəstəxanadan verilən arayışın da fotosunu təqdim edirik:






scroll top