» » » Gürcüstanda bazar yandı - FOTO

Gürcüstanda bazar yandı - FOTO

Gürcüstanın Poti şəhərində böyük əşya bazarında güclü yanğın olub.
ucarliyiq.biz report-a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən bazardakı yanğını söndürmək üçün 9 yanğınsöndürmə briqadası iştirak edib.
Yanğın nəticəsində artıq bazarda fəaliyyət göstərən 150 mağazadan təxminən 70-i yanıb, 500 kvadratmetrdən çox sahəyə zərər dəyib. Bu gün səhər saatlarında başlayan yanğının başvermə səbəbləri araşdırılır.
scroll top