» » » Qubada avtomobil dərəyə aşdı, sürücü komaya düşdü - FOTO

Qubada avtomobil dərəyə aşdı, sürücü komaya düşdü - FOTO

Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib. 
ucarliyiq.biz report-a istinadən xəbər verir ki, rayonun Vəlvələ kənd sakini, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev idarə etdiyi 90-FZ-930 dövlət qeydiyyat nömrə nişanlı, "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpılaraq dərəyə aşıb.
Hadisə nəticəsində sürücü ağır kəllə-beyin travması alıb və koma vəziyyətində Quba Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralının vəziyyəti ağır olaraq qalır.

scroll top