» » » Azərbaycanlı model Leylanın ölümünün TƏFƏRRÜATI - FOTO

Azərbaycanlı model Leylanın ölümünün TƏFƏRRÜATI - FOTO

Azərbaycanlı model Leylanın ölümünün TƏFƏRRÜATI - FOTO
Modeli əməliyyat edən həkim Siruz Qoçxani olub.
Leyla Oruclunun ölümündən sonra həkim unikal.org-a açıqlamasında bildirib ki, "Leyla başqa xəstəxanada analizlər vermişdi. Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı. İyunun 22-də 16:00-da əməliyyata alındı. Əməliyyat saat 18:00-da yekunlaşdı və palataya köçürüldü. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürüldü. Orada da lazımı tibbi yardım göstərildi. Mən də həmin anda özümü xəstəxanaya çatdırmışam. Leyla 25 iyun tarxində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdi".

ucarliyiq.biz ölkə.az-a istinadən xəbər verir ki, Siruz Qoçxaninin dediyi kimi Leyla Oruclu başqa xəstəxanada analizlər verib. Leyla Oruclu Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Ancaq Siruz Qoçaxaninin "Analizlərdə əməliyyat üçün hər hansı bir qaranlıq məqam qalmamışdı" açıqlamasına zidd olaraq Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası Analizin cavablarından sonra Leyla Oruclunu əməliyyata almayıblar.
Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasından əldə etdiyimiz məlumata görə, Leyla Oruclu kökəlmə və piylənməyə qarşı kompkleksi olduğu üçün bunu görünüşünə zərbə hesab edərək, əməliyyat olunmağı üstün tutmuşdu. Əməliyyatın adı liposaksiya, yəni piysovurma əməliyyatıdır.




scroll top