» » » Ağdaşda dəhşətli qəza: iki avtomobil yandı - FOTO

Ağdaşda dəhşətli qəza: iki avtomobil yandı - FOTO

Ağdaşda iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib.
ucarliyiq.biz report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağzıbir və Pirəzə kəndləri arasında qeydə alınıb.
Belə ki, Pirəzə kənd sakini Alı Məbud oğlu Aslanovun idarə etdiyi köhnə QAZ-53 markalı yük maşını Qəbələ sakininin idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobil alovlanıb. 
Avtomobildə olan şəxsləri çıxarmaq mümkün olub. Xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.


Interesting facts scroll top