» » » Ukraynanın kurortunda azərbaycanlılar arasında kütləvi zəhərlənmə

Ukraynanın kurortunda azərbaycanlılar arasında kütləvi zəhərlənmə

Ukraynanın kurortunda azərbaycanlılar arasında kütləvi zəhərlənmə
Ukraynanın Truskavets kurort şəhərinində azərbaycanlılar arasında kütləvi zəhərlənmə olub.
Artıq bir neçə gündür ki, dincələnlərin əksəriyyətinin azərbaycanlılar təşkil etdiyi "Lesnaya pesnya" (Lisova Pisnya) sanatoriyasında 15-ə yaxın azərbaycanlı zəhərlənib.
ucarliyiq.biz xəbər verir ki, bu barədə virtualaz.org-a sanatoriyadakı azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, zəhərlənənlərdə qusma, baş və mədə ağrıları, temperaturun yüksəlməsi, halsızlıq müşahidə olunur.
Sanatoriya rəhbərliyindən isə zəhərlənmənin səbəbi ilə bağlı açıqlama verən yoxdur: "Zəhərlənənlərdən biri İntiqam Qocayevdir. Gecə üç dəfə təcili yardım çağırılıb, hər dəfə iynə vurublar. Elə onunla birlikdə dincələn qardaşı da zəhərlənib. Bundan başqa, bir ailənin 4 üzvü zəhərlənib, onların da vəziyyətləri ağırdır. Ümumilikdə, 15-ə yaxın zəhərlənən var. Azərbaycanlıların çoxu da turizm şirkətləri vasitəsilə gələnlərdir. Heç olmasa, bundan sonra bu otelə göndəriş verməsinlər", - mənbə qeyd edir.




scroll top