» » » Aparıcı üsyan etdi: "6 nəfəri bir gündə dəfn etdim..." - FOTO

Aparıcı üsyan etdi: "6 nəfəri bir gündə dəfn etdim..." - FOTO

Hadisə hamının başına gələ bilər, hamı qəza törədə bilər. Amma bunu içkili, avara, gözü ayağının altını görməyən edirsə, bir gülləsi əskikdir. Bir gündə 51 yaşında ananı, 23 yaşında nişanlı qardaşı, 29 yaşında 6 və 7 yaşlı iki gül balasıyla birgə bacını və 5 yaşlı başqa bacımın uşağını itirdim. Məzarlığa yox, bir evə gedirəm hər dəfə. 6 nəfəri bir gündə dəfn etdim, özüm də 7 aylıq hamiləydim, artıq gücüm yoxdur...
ucarliyiq.biz teleqraf.com-a istinadən xəbər verir ki, bu fikirləri "Space" telekanalının məşhur aparıcısı Zamirə Dadaşova son günlər yol-nəqliyyat hadisəsi zamanı günahsız insanların həlak olmasına diqqət çəkərək ağır yol qəzası nəticəsində bir gündə ailəsinin 6 üzvünü itirməsi barədə sosial şəbəkədə paylaşıb.
Zamirə Dadaşova 13 il öncə, avqustun 7-də aldığı acı xəbərlə həyatının alt-üst olduğunu vurğulayıb:
"Allah qoysa, iki ay sonra oğlumun 13 yaşı olacaq. Zaman heç nəyi həll etmir. Çox darıxıram. Heç kimə hiss etdirməsəm də, gülsəm də, danışsam da, əylənsəm də içim özümü, çölüm özgəni yandırır.

Aparıcı üsyan etdi: "6 nəfəri bir gündə dəfn etdim..." - FOTO
Interesting facts scroll top