» » » VƏHŞƏT: cihad etdiyini deyərək 5 ailə üzvünü GÜLLƏLƏDİ, SONRA... - FOTO

VƏHŞƏT: cihad etdiyini deyərək 5 ailə üzvünü GÜLLƏLƏDİ, SONRA... - FOTO

VƏHŞƏT: cihad etdiyini deyərək 5 ailə üzvünü GÜLLƏLƏDİ, SONRA... - FOTO
Türkiyənin Muş vilayətinin Sungu mahalında dəhşətli ailə faciəsi baş verib.
ucarliyiq.biz publika.az-a istinadən xəbər verir ki, Muş Şəkər Zavodunda mühafizəçi işləyən 30 yaşındakı Mehmetcan Aykan 5 nəfəri tapança ilə öldürüb.
Xəbərə görə, iş yerindən siqaret almaq adı ilə çıxan Aykan qardaşı ilə birlikdə yaşadığı 2 mərtəbəli evə gəlib. Əvvəlcə üst mərtəbəyə qalxan Aykan həyat yoldaşı Aytən, oğlu Muşap və bacısı Sultan Aykana atəş açır. Evdən çıxarkən isə aşağı mərtəbədəki qardaşının arvadı Vacidə Aykanı öldürür.
Bundan sonra isə evindən təxminən 500 metr aralıda yerləşən əmisi oğlu Məhərrəm Aykanın evinə gedir. Əmisi oğlunun həyat yoldaşı Besra Aykanı ərinin gözləri qarşısında vurur. Bundan sonra Məhərrəm Aykana tuşlanan silahın tətiyi çəkilsə də atəş açılmır. Əmisi oğlu ilə əlbəyaxa zamanı silahını itirən Mehmetcan Aykan qaçmağa məcbur olur. Hazırda jandarm qüvvələri onun axtarışının davam etdirir.
Şübhəlinin 4 uşaq atası olduğu bildirilir. Hadisə zamanı Mehmetcan Aykanın evində olan anası Gülpaşa Özdemirin sözlərinə görə, 4,5, 7 və 10 yaşlarında uşaqları otaqdan çıxmadığı üçün ölümdən xilas olub.
Interesting facts scroll top