» » » "KamAZ" və "Mercedes" toqquşdu, ağır xəsarət alan var - FOTO

"KamAZ" və "Mercedes" toqquşdu, ağır xəsarət alan var - FOTO

"KamAZ" və "Mercedes" toqquşdu, ağır xəsarət alan var - FOTO
Sabirabad rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. ucarliyiq.biz APA-ya istinadən xəbər verir ki, qəza Hacıqabul-Horadiz avtomobil yolunun 14-cü kilometrliyində, Sabirabad rayonu Qaragüney kəndi ərazisindən keçən hissəsində baş verib.
Məhərrəmov Amil adlı şəxs tərəfindən idarə olunan "KamAZ" markalı yük maşının "Mercedes" markalı 90 DR 251 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşması nəticəsində sonuncunun sürücüsü Şirvan sakini, 1984-cü il təvəllüdlü Qəniyev Polad Əlisəmid oğlu ağır kəllə-beyin travması alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Araşdırma aparılır. 








Interesting facts scroll top