» » » Bakının daha bir məktəbində QALMAQAL - FOTO

Bakının daha bir məktəbində QALMAQAL - FOTO

Bakının daha bir məktəbində QALMAQAL - FOTO
Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 76 nömrəli məktəbin rus bölməsinin müəllimi 3 il əvvəl işdən çıxarılsa da bu ildən həmin məktəbdə yenidən işləməyə başlayıb.
ucarliyiq.biz xəbər verir ki, bu barədə baku.ws-yə övladları həmin məktəbdə oxuyan şagirdlərin valideynləri məlumat veriblər.
Qeyd olunur ki, Validə Həsənova 3 il əvvəl 1-ci sinif şagirdini döydüyünə görə işdən çıxarılıb. Bu il həmin müəllim imtahan verib və yenidən 76 nömrəli məktəbdə müəllim kimi işləməyə başlayıb.
Valideynlər iddia edir ki, Validə Həsənova müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanda 39 bal toplayıb, lakin rüşvət verərək yenidən həmin məktəbdə işləməyə başlayıb.





scroll top