» » » Azərbaycan şahmatçısı keçmiş dünya çempionuna qalib gələrək, turniri 5-ci yerdə başa vurub

Azərbaycan şahmatçısı keçmiş dünya çempionuna qalib gələrək, turniri 5-ci yerdə başa vurub

Azərbaycan şahmatçısı keçmiş dünya çempionuna qalib gələrək, turniri 5-ci yerdə başa vurub
Rusiyanın paytaxtı Moskva şəhərində Mixail Talın xatirəsinə həsr olunmuş şahmat turnirinə yekun vurulub.

ucarliyiq.biz-in məlumatına görə, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov sonuncu turda ağ fiqurlarla rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniklə qarşılaşıb.

Görüş 42-ci gedişdə Kramnikin təslim olması ilə nəticələnib. Beləliklə, xallarını 4,5-ə çatdıran Məmmədyarov turniri 5-ci pillədə başa vurub. O, Kramnik, Petr Svidler (Rusiya) və çinli Li Çao ilə eyni miqdarda xal toplayıb. Yarışın qalibi adını 6 xalla rusiyalı Yan Nepomnyaşi qazanıb. Hollandiyalı Aniş Giri 5,5 xalla 2-ci yeri tutub. Hərəyə 5 xala malik Vişvanatan Anandla (Hindistan) Levon Aronyan (Ermənistan) 3-4-cü yerləri bölüşüblər.

Son 2 yeri isə 3,5 xalla rusiyalı Yevgeni Tomaşevski və 2 xalla israilli Boris Gelfand tutub.

scroll top