» » » "Neftçi" zədəli futbolçuları ilə bağlı yeni məlumat yayıb

"Neftçi" zədəli futbolçuları ilə bağlı yeni məlumat yayıb

"Neftçi" zədəli futbolçuları ilə bağlı yeni məlumat yayıb
“Neftçi” futbol klubunun tibbi-bərpa mərkəzi heyətdəki zədəli futbolçuların son durumu ilə bağlı yeni açıqlama yayıb. ucarliyiq.biz-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Elşən Abdullayev hazırda müalicə və bərpa prosesini davam etdirir.

Fərdi məşqlər edən yarımmüdafiəçinin oktyabrın 10-da komanda ilə məşqlərə cəlb olunacağı planlaşdırılır.

Cavid İmamverdiyev sol budundan aldığı zədədən müalicə olunur. Komanda ilə məşqlərdən kənarda qalan yarımmüdafiəçinin 3-4 həftəyə sağalacağı gözlənilir.

Katalin Tira ayaq əzələsindəki zədədən müalicə olunur. Hücumçu oktyabrın 10-da komanda ilə məşqlərə qoşulacaq.

Kamran Nəcəfzadə isə sağ dabanının zədəsinə görə, Almaniyada müayinə olunub. Almaniyalı mütəxəssislərin rəyinə görə, yarımmüdafiəçiyə cərrahi müdaxilə olunmasına ehtiyac var. Əməliyyatdan sonra bərpanın müddəti 9 aydır.

scroll top