» » » Azarkeşlər klub rəhbərliyini boykot ediblər

Azarkeşlər klub rəhbərliyini boykot ediblər

Azarkeşlər klub rəhbərliyini boykot ediblər
İngiltərənin "Çarlton Atletik" klubunun azarkeşləri rəhbərliyi boykot ediblər.

ucarliyiq.biz-in məlumatına görə, onlar komandanın uğursuz nəticələri səbəbindən bu cür addım atıblar.

Komandanın birinci liqada "Koventri" ilə qarşılaşması zamanı azarkeşlər meydançaya oyuncaq donuzlar atıblar. Bu səbəbdən matçda təxminən 5 dəqiqəlik fasilə yaranıb.

Qeyd edək ki, "Çarlton Atletik" illərlə Premyer Liqada çıxış edib. Elitada uğursuz çıxış edən komanda "Çempionşip"ə, ardınca isə birinci liqaya düşüb.

scroll top