» » » UEFA Çexiya klubunu cəzalandırıb

UEFA Çexiya klubunu cəzalandırıb

UEFA Çexiya klubunu cəzalandırıb
UEFA-nın İntizam Komitəsi Çexiyanın "Sparta" (Praqa) klubunu cəzalandırıb.

ucarliyiq.biz-in məlumatına görə, Avropa futbol qurumunun qərarına əsasən Praqa təmsilçisi Avropa Liqasının qrup mərhələsinin III turunda İsrail "Hapoel"i (Beer Şeva) ilə görüşdə ən çox azarkeş kütləsi olan tribunaları bağlayacaq.

Buna səbəb K qrupunda İtaliya "İnter"i ilə keçirilmiş oyunda azarkeşlərin irqçi şüarlar səsləndirməsidir. Analoji hal təkrarlanacağı halda tirbunaların ümumiyyətlə bağlanacağı bildirilib.

Qeyd edək ki, "Sparta" noyabrın 3-də "Hapoel"lə qarşılaşacaq. Sentyabrın 29-da "İnter"lə baş tutmuş görüş 3:1 hesabı ilə başa çatıb.

scroll top