» » » "Kəpəz"in legioner futbolçusunun vəziyyəti aydınlaşıb

"Kəpəz"in legioner futbolçusunun vəziyyəti aydınlaşıb

"Kəpəz"in legioner futbolçusunun vəziyyəti aydınlaşıb
Azərbaycan Premyer Liqasının VIII turunda AZAL-la səfər oyununda zədələnən Gəncənin "Kəpəz" klubunun futbolçusu Dario Frederikonun durumuna aydınlıq gəlib.

ucarliyiq.biz-in klub saytına istinadən verdiyi məlumata görə, MRT müayinəsindən keçən braziliyalıya birinci dərəcəli əzələ yırtığı diaqnozu qoyulub.

Yarımmüdafiəçi qarşıdakı 3 həftə futbol oynaya bilməyəcək. Frederiko yalnız gələn ayın əvvəlindən məşqlərə başlaya biləcək. Bu müddət ərzində onun müalicəsi Bakıda aparılacaq.

Qeyd edək ki, Dario ötən il də məhz AZAL-la Bakıda keçirilən görüşdə zədələnərək mövsümün sonuna kimi sıradan çıxmışdı.

scroll top