» » » AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb

AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb

AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb
AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunun heyətində çıxış edən Rahil Məmmədovu cəzalandırıb.

ucarliyiq.biz-in məlumatına görə, buna müdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Zirə" ilə baş tutmuş görüşdə qırmızı vərəqə alması səbəb olub.

47-ci dəqiqədə meydandan kənarlaşdırılan futbolçu növbəti tur komandasına kömək edə bilməyəcək. Üstəlik, futbolçunun "qırmızı"sı kluba 200 manata başa gəlib.

Komitə son turda keçirilmiş "İnter" - "Qəbələ" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubu 800 manat cərimələyib.

scroll top