» » » Polşalı azarkeşlər Madriddə insident törədib

Polşalı azarkeşlər Madriddə insident törədib

Polşalı azarkeşlər Madriddə insident törədib
Futbol üzrə Çempionlar Liqasının F qrupunda dünən İspaniyada "Real Madrid"lə Polşa "Legiya"sı arasında keçirilmiş oyundan əvvəl insident baş verib. ucarliyiq.biz-in məumatına görə, hadisələr oyunun keçirildiyi Madrid şəhərindəki "Santiyaqu Bernabeu" stadionunun ətrafında cərəyan edib.

Matçı izləməyə gələn polşalı fanatlar stadion ətrafında münaqişələr törədib. Nəticədə yerli polis hadisəyə müdaxilə edib. 5 polşalı azarkeşin və 2 ispaniyalı polisin yaralandığı bildirilir.

İnsidentə müdaxilə etmək üçün polislər atlı patrul və rezin güllələrdən istifadə etmək məcburiyyətində qalıb. Oyun ərzində 500-dən artıq polis və 700-ə qədər xüsusi mühafizə xidməti stadionun ərazisinə nəzarət edib.

Bundan başqa oyundan sonra Madriddəki barların birində dalaşan və orada 2 qadın xidmətçiyə təcavüz etməyə cəhddə günahlandırılan varşavalı 3 azarkeşin məhkəmədə ifadə verəcəkləri bildirilir.

Qeyd edək ki, görüş "Real Madrid"in 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

scroll top