» » » Avropa Liqasında III turun oyunları keçiriləcək

Avropa Liqasında III turun oyunları keçiriləcək

Avropa Liqasında III turun oyunları keçiriləcək
Bu gün futbol üzrə Avropa Liqasında III turun oyunları keçiriləcək.

ucarliyiq.biz-in məlumatına görə, 12 qrupda ümumilikdə 24 görüş baş tutacaq.

Azarbaycanlı futbol azarkeşləri üçün maraqlı oyunlardan biri İngiltərənin Mançester şəhərində olacaq. A qrupunda "Mançester Yunayted" Türkiyənin "Fənərbağça" klubunu qəbul edəcək. İstanbul təmsilçisi bu görüşdə qələbə qazanmaqla qrup liderliyini qorumuş olacaq. "Qırmızı şeytanlar" isə "Old Trafford"dan qələbə 3 xalla ayrılacağı təqdirdə xal ehtiyatını 6-ya çatdıracaq. Qrupun digər görüşündə isə Hollandiyada "Feyenoord" və Ukrayna "Zarya"sı üz-üzə gələcək.

"Qəbələ"nin çıxış etdiyi C qrupunda Belçika "Anderlext"i Almaniyada "Maynts"la münasibətlərinə aydınlıq gətirəcək. Aktivində 4 xal olan komandalar qrupda ilk iki pilləni bölüşür. Qalib komanda liderliyini möhkəmləndirəcək. Qrupun digər oyununda Azərbaycanın "Qəbələ" klubu Fransada "Sent-Etyen"lə qarşılaşacaq.

"Qarabağ"ın mübarizə apardığı J qrupunda isə İtaliya "Fiorentina"sı Çexiyanın "Slovan" komandasını qəbul edəcək. Çexiya klubu qrupdan çıxmaq üçün qələbə qazanmağa çalışacaqsa, meydan sahibləri 3 xal sayəsində liderlik mövqeyində qalacaq. "Qarabağ" isə Bakıda Yunanıstan PAOK-unu sınağa çəkəcək.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev və briqadası bu gün Türkiyədə iş başında olacaq. H qrupunda "Konyaspor"la Portuqaliya "Braqa"sı arasında baş tutacaq görüş hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir.

Portuqaliya təmsilçisi 1 xalla 3-cü, aktivində xal olmayan "Konyaspor" isə qrup sonuncusudur. Bu qrupun digər görüşündə Ukraynanın "Şaxtyor" (Donetsk) klubu Belçika "Gent"i ilə qarşılaşacaq.

Avropa Liqası, qrup oyunları, III tur

20 oktyabr

A qrupu

23:05. "Mançester Yunayted" (İngiltərə) - "Fənərbağça" (Türkiyə)

23:05. "Feyenoord" (Hollandiya) - "Zarya" (Ukrayna)

Xal durumu: "Fənərbağça" - 4. "Feyenoord" - 3. "Mançester Yunayted" - 3. "Zarya" - 1.

B qrupu

23:05. "Olimpiakos" (Yunanıstan) - "Astana" (Qazaxıstan)

23:05. APOEL (Kipr) - "Yanq Boyz" (İsveçrə)

Xal durumu: APOEL - 6. "Olimpiakos" - 3. "Yanq Boyz" - 1. "Astana" - 1.

C qrupu

23:05. "Sent-Etyen" (Fransa) - "Qəbələ" (Azərbaycan)

23:05. "Maynts" (Almaniya) - "Anderlext" (Belçika)

Xal durumu: "Maynts" - 4. "Anderlext" - 4. "Sent-Etyen" - 2. "Qəbələ" - 0.

D qrupu

23:05. AZ (Hollandiya) - "Makkabi" (Tel-Əviv, İsrail)

23:05. "Dundalk" (İrlandiya) - "Zenit" (Rusiya)

Xal durumu: "Zenit" - 5. "Dundalk" - 4. AZ - 1. "Makkabi" - 0.

E qrupu

23:05. "Roma" (İtaliya) - "Austriya" (Avstriya)

23:05. "Viktoriya" (Çexiya) - "Astra" (Rumıniya)

Xal durumu: "Roma" - 4. "Austriya" - 4. "Viktoriya" - 2. "Astra" - 0.

F qrupu

23:05. "Genk" (Belçika) - "Atletik" (İspaniya)

23:05. "Rapid" (Avstriya) - "Sassuolo" (İtaliya)

Xal durumu: "Atletik" - 3. "Genk" - 3. "Rapid" - 3. "Sassuolo" - 3.

G qrupu

21:00."Standart" (Belçika) - "Panatinaikos" (Yunanıstan)

21:00. "Selta" (İspaniya) - "Ayaks" (Hollandiya)

Xal durumu: "Ayaks" - 6. "Selta" - 4. "Standart" - 1. "Panatinaikos" - 0.

H qrupu

21:00. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Gent" (Belçika)

21:00. "Konyaspor" (Türkiyə) - "Braqa" (Portuqaliya)

Xal durumu: "Şaxtyor" - 6. "Gent" - 4. "Braqa" - 1. "Konyaspor" - 0.

İ qrupu

21:00. "Krasnodar" (Rusiya) - "Şalke" (Almaniya)

21:00. "Zalsburq" (Avstriya) - "Nİtsa" (Fransa)

Xal durumu: "Krasnodar" - 6. "Şalke" - 6. "Zalsburq" - 0. "Nitsa" - 0.

J qrupu

21:00. "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan)

23:05. "Slovan" (Çexiya) - "Fiorentina" (İtaliya)

Xal durumu: "Fiorentina" - 4. PAOK - 4. "Slovan" - 1. "Qarabağ" - 1.

K qrupu

21:00. "İnter" (İtaliya) - "Southempton" (İngiltərə)

21:00. "Hapoel" (Bir Şeva, İsrail) - "Sparta" (Çexiya)

Xal durumu: "Hapoel" - 4. "Southempton" - 4. "Sparta" - 3. "İnter" - 0.

L qrupu

21:00. "Styaua" (Rumıniya) - "Sürix"(İsveçrə)

21:00. "Osmanlıspor" (Türkiyə) - "Vilyarreal" (İspaniya)

Xal durumu: "Vilyarreal" - 4. "Sürix" - 3. "Osmanlıspor" - 3. "Styaua" - 1.

scroll top