» » » Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"

Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"

Aleksandr Lukaşenko: "Azərbaycanı Avropa Oyunları təşkilatçılığında heç bir ölkə keçə bilməyəcək"
"Belarus Avropa Oyunları keçirərkən, Azərbaycanın təcrübəsindən yararlanacaq."

ucarliyiq.biz-in "Belta" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşündə deyib.

A.Lukaşenko bildirib ki, bu təcrübə onlara çox lazımdır. Amma o, ilk Avropa Oyunlarını təşkil etmiş Azərbaycanı heç kimin keçə bilməyəcəyini vurğulayıb: "Dostum, Azərbaycan Prezidenti İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.

Qeyd edək ki, II Avropa Oyunları 2019-cu ildə Minskdə təşkil olunacaq.

scroll top