» » » Azərbaycan millisi AÇ-nin seçmə mərhələsini qələbə ilə başa vurub

Azərbaycan millisi AÇ-nin seçmə mərhələsini qələbə ilə başa vurub

Azərbaycan millisi AÇ-nin seçmə mərhələsini qələbə ilə başa vurub
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün qrupda son oyununu keçirib.

ucarliyiq.biz-in məlumatına görə, Vüqar Məmmədin yetirmələri Rumıniyada təşkil olunan VI qrupda son oyununa çıxıb. Rəqib meydan sahibləri olub.

Hər iki yığma qrupda keçirdiyi ilk 2 oyunda uduzaraq növbəti mərhələyə çıxmaq şanslarını itirdiyi üçün bu görüş formal xarakter daşıyıb.

Millimizi mübarizəni 3-cü pillədə bitirmək üçün heç-heçə də qane etdiyi halda, rəqib üzərində qalib gəlmək mümkün olub. Qələbə topunun müəllifi turnirdə komandanın aktivində olan hər 2 qolu öz adına yazdıran Xaqani Səfərov olub. Bununla da millimiz qrupda mübarizəni təsəlli qələbəsi ilə başa vurub.

Avropa çempionatı, ilkin seçmə mərhələ

30 oktyabr

17:00. Azərbaycan - Rumıniya - 1:0

Qol: Xaqani Səfərov, 29

Baş hakim: Petur Raynert (Farer adaları)

Rumıniya, Buftya. FRF-nin Futbol Mərkəzi

scroll top