» » » İtaliyada qadın voleybolçu bir oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirib - VİDEO

İtaliyada qadın voleybolçu bir oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirib - VİDEO

İtaliyada qadın voleybolçu bir oyunda yığdığı xalla yeni rekord müəyyənləşdirib - VİDEO

İtaliyalı qadın voleybolçu Paola Eqonu ölkə çempionatında məhsuldarlıq rekordu müəyyənləşdirib. ucarliyiq.biz-in məlumatına görə, Romanın "Klub İtalia" komandasında çıxış edən 18 yaşlı idmançı "İl Bizonte" ilə qarşılaşmada 46 xal toplayıb.


O, xallardan 42-ni hücumda, 2-ni blokda, 2-ni isə topu oyuna daxil etmədə qazanıb. Lakin onun məhsuldarlığı komandasını 5 setədək davam etmiş görüşdə məğlubiyyətdən xilas edə bilməyib.


Qeyd edək ki, Paola Eqonu Mariana İzabel Kontenin A2 seriyasında 1999-2000 mövsümündə müəyyənləşdirdiyi məhsuldarlıq rekordunu təkrarlayıb. Bunadək Konte İtaliyanın qadınlardan ibarət peşəkar voleybolçuları arasında 46 xalla mütləq rekordçu idi.

scroll top